Osmanlı şahzadəsi vəfat etdi - FOTO

Osmanlı şahzadəsi vəfat etdi - FOTO

Hazırda oxunan: Osmanlı şahzadəsi vəfat etdi - FOTO

8947

Osmanlı Xanədan rəisi 88 yaşlı Şahzadə Dündar Əbdülkərim Osmanoğlu vəfat edib.

Bizim.Media "ahaber"ə istinadla xəbər verir ki, bu barədə Şahzadə Əbdülhəmid Qayıxan Osmanoğlu məlumat yayıb.

O bildirib ki, əmisi Şam şəhərində müalicə aldığı xəstəxanada 88 yaşında dünyasını dəyişib:

“Əmim Dündar əfəndinin ciddi sağlamlıq problemləri vardı. Suriyada - Şamda müharibənin ortasında qalmışdı. Türkiyəyə gətirmək üçün ciddi mübarizə apardıq, ancaq təəssüf ki, buna müvəffəq ola bilmədik. Buna görə çox kədərliyik. Millətimizin başı sağ olsun”.

Dündar Osmanoğlunun dəfn ediləcəyi zamanla bağlı ictimaiyyətə açıqlama veriləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO