"Oğlumu itirdiyim gündə qardaşımı da itirdim" - Polad Həşimovun anasından ürəkağrıdan AÇIQLAMA  

Hazırda oxunan: "Oğlumu itirdiyim gündə qardaşımı da itirdim" - Polad Həşimovun anasından ürəkağrıdan AÇIQLAMA  
83842
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Artıq 2 ildir ki, Poladsız yaşayıram. Bu, mənim üçün çox çətindir. Bu hissi sözlərlə ifadə edə bilmirəm". 

Bu sözləri general-mayor Polad Həşimovun anası Səmayə Həşimova 2-ci Fəxri Xiyabanda keçirilən anım tədbirində çıxışı zamanı dilə gətirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Milli Qəhrəman Polad Həşimov belə anıldı – FOTOREPORTAJ  


Səmayə ana həmçinin Polad Həşimovun şəhadətə ucalmasından 2 ilin ötdüyü tarixdə - dünən doğma qardaşının vəfat etdiyini bildirib:  

"Poladımı itirdiyim gündə - dünən öz doğma qardaşımı da itirdim. O, mənə çox arxa-dayaq qardaş idi. Bir ana, bir bacı kimi bu itkiləri dilə gətirmək mənim üçün çox ağırdır", - deyə qeyd edən S.Həşimova sonda tədbirə gələn hər kəsə təşəkkürünü bildirib.  

Səkinə Yusibli, Rəşad Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO