Azərbaycan Kempo Federasiyası mətbuat xidmətinin rəhbəri, jurnalist Elşən Yəhyayev ölkə telekanallarındakı cəlbedici proqram kasadlığı barədə Moderator.az-a bir yazı göndərərək düşüncələrinin ictimai müzakirəyə çıxarılmasını xahiş edib:
"Ötən gün “Space”x9d telekanalında yayımlanan “Sevimli şou"ya baxdım. Hər zaman olduğu kimi verilişdə yenə də toyxana ab-havası müşahidə olunurdu. Həmçinin verlişə qonaq qismində demək olar ki, hər dəfə eyni ifaçıların dəvət olunması da televiziya tamaşaçısını yoran xoşagəlməz hallardandır. Bu cür verlişlərin efirdə davamlı yayımlanması tamaşaçı psixilogiyasına mənfi təsirlər göstərir, hətta həmin ifaçıya da hüsn-rəğbət yerini ikrah və nifrətə verir...
Televiziyalarda toyxana ab-havası, bozbaş qoxusu verən verilişlərin təqdim olunması bəlkə də orta və yaşlı nəslin qadın nümayəndələrinin ürəyincə ola bilər. Biz gənc nəslin isə heç də ürəyincə deyil və qəzəblə qarşılayırıq. Adətən telekanal rəhbərləri cəmiyyətin müztəlif təbəqələrindən gələn ittihamlara cavab tapmayanda kommersiya marağını qabartmaqla vəziyyətdən çıxmaq istəyirlər, amma unudrlar ki, mənəviyyatslıq, bayağılıq, aşırı şitlik körükləyən bu tip proqramlardan gələn qazanc haramdır.
Nəticədə “Sevimli şou" kimi verilişlər nifrət şousuna çevrilir və bundan bütövlükdə cəmiyyət uduzur. Teleradio Şurasının bu cür əttökən şou formatlı verlişləri nəzarətdə saxlaması çox vacibdir. Bu günümüzü düşünməklə bərabər, gələcəyimizi də düşünməliyik. Çünki gələcək biz gənclərin əlindədir."
































































































