Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlandı

Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlandı

Hazırda oxunan: Ali məktəblərə sənəd verən subbakalavrların sayı açıqlandı
74531
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların ərizə qəbulu davam edir.

Bizim.Media Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, bu gün saat 11:00-dək 7039 subbakalavr ərizə verib.

Onlardan 5391-nin ərizəsi artıq təsdiq olunub.

Qeyd edək ki, ərizə qəbulu iyulun 1-dək davam edəcək. Ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 27 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər.

Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də göstərilən tarixədək verilən linkdə (//eservices.dim.gov.az/erizebak/subbak/) qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO