Təhsil İnstitutunun şöbə müdiri Lənkəran-Astara RTİ-nin müdiri təyin olundu - ÖZƏL

Təhsil İnstitutunun şöbə müdiri Lənkəran-Astara RTİ-nin müdiri təyin olundu - ÖZƏL

Hazırda oxunan: Təhsil İnstitutunun şöbə müdiri Lənkəran-Astara RTİ-nin müdiri təyin olundu - ÖZƏL

72106

Xəbər verdiyimiz kimi, Bu gün təhsil naziri Emin Əmrullayev regional təhsil idarələrinin rəhbər vəzifəsinə təyin edilmiş şəxslərlə görüşüb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Lənkəran - Astara Regional Təhsil İdarəsinin müdüri vəzifəsinə Elxan Nəcəfov təyin edilib.

Qeyd edək ki, o, bundan öncə Təhsil İnstitutunun şöbə müdiri vəzifəsində çalışıb.

Yeni təyin olunmuş regional təhsil idarəsinin müdiri metodik iş sistemində yüksək pedaqoji təcrübəyə malik olan Elxan Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib.

Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub. Hazırda müdafiə mərhələsindədir. 
Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. Həmçinin, təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO