Gəncədə həmcinsini bıçaqlayan məktəbli qız haqda QƏRAR

Gəncədə həmcinsini bıçaqlayan məktəbli qız haqda QƏRAR

Hazırda oxunan: Gəncədə həmcinsini bıçaqlayan məktəbli qız haqda QƏRAR

70719

2 gün əvvəl Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirən qız barədə cinayət məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi başlanılıb. 

Bu barədə Bizim.Media-nın Gəncə bürosuna məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanıldı – Tədbir davası


Onun sözlərinə görə, həmin məktəbli cinayəti törətməkdə şübhəli şəxs qismində tanınıb. 

Daha sonra şübhəli şəxs yetkinlik yaşına çatmadığından barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermək qəti imkan tədbiri seçilib və ailəsinə iltizam əsasında təhvil verilib. 

Eşqin Qasımov əlavə edib ki, hazırda cinayət işi üzrə müvafiq araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO