Ukraynada Xudayar Yusifzadəyə heykəl ucaldılacaq

Ukraynada Xudayar Yusifzadəyə heykəl ucaldılacaq

Hazırda oxunan: Ukraynada Xudayar Yusifzadəyə heykəl ucaldılacaq
6828
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukraynanın Xarkov şəhərində "Dəmir Yumruq" hərbi əməliyyatlarına həsr olunan abidə kompleksi qoyulacaq. Abidə Xarkovdakı erməni kilsəsinin və onun nəzdindəki erməni diaspora mərkəzinin yaxınlığında yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin önündə ucaldılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Əməkdar rəssamı, tanınmış heykəltəraş, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanov məlumat verib.

Seyfəddin Qurbanov bildirib ki, abidə Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə ucaldılacaq.

Onun sözlərinə görə, hazırda abidə kompazisiyasının eskiz layihəsi hazırlanır.

İşlər yekunlaşdırıldıqdan sonra şəhidi Xudayar Yusifzadənin ailə üzvləri ilə razılaşdırılacaq.

Seyfəddin Qurbanov deyib ki, abidənin açılış mərasimi gələn ilin iyul ayında şəhid Xudayar Yusifzadənin ad günü ərəfəsinə gözlənilir.

Xalq rəssamı qeyd edib ki, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə ilə bağlı abidənin hazırlanması təşəbbüsü və hərtərəfli dəstəyi Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev tərəfindən irəli sürülüb. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO