Azərbaycanda

Azərbaycanda "avtoş"lar şəhər meydanını dağıtdılar

Hazırda oxunan: Azərbaycanda "avtoş"lar şəhər meydanını dağıtdılar

66391
Bəlkə də Bakıdan sonra "avtoş"ların meydan suladığı ikinci şəhər Lənkərandır. 

Moderator.az - ın avtosfer.az-a istinadən verdiyi məlumata görə, burada deyəsən elə bir toy karvanı yoxdur ki, orada "avtoş" sürücülər hoqqabazlıq etməsinlər.

Maraqlıdır ki, orada həmişə Dövlət Yol Polisinin əməkdaşları da olur. Lakin bəzən avtoxuliqanlar meydanı ələ keçirib. Onlar hoqqabazlıq edəndə yol polisləri gözə görünmür. İnsanların həyatını açıq-aşkar təhlükəyə atan bu sürücülərin cəzalanması mütləqdir.

Yol polisi də əhali arasında təbliğat işləri aparıb insanları bu cür əməllərdən çəkindirməlidir.

"Avtoş"ların şou göstərələrini əks etdirən videonu təqdim edirik. Konkret bu videoya gəlincə, sosial şəbəkədə nə vaxt yayıldığı məlum olmasa da, məlum olan budur ki, videonun üzərində "Elvir ”“ 90 ET 733. Şəhriyarın toyu" yazılıb. Bu video köhnə olsa belə, Lənkəranda avtoxuliqanlarla bağlı artıq çoxsaylı videolardan biridir.

Görünür, Lənkəranda bu sahədə ciddi iş görülməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO