Voleybol millimiz Avropa çempionatında çıxışını başa vurdu

Voleybol millimiz Avropa çempionatında çıxışını başa vurdu

Hazırda oxunan: Voleybol millimiz Avropa çempionatında çıxışını başa vurdu
649133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

On altı yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan milli komandası Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatının 1-ci təsnifat mərhələsində (Şərqi Avropa Voleybol Zonal Assosiasiyası – EEVZA) iştirak edib.

Bizim.Media xəbər verir ki, B qrupunda Latviya və Finlandiya yığmaları ilə qarşılaşan milli hər iki oyunda məğlub olub.
 

A qrupunda Polşa, Estoniya və Ukrayna seçmələri mübarizə aparıblar. Beşinci yer uğrunda görüşdə Ukrayna ilə qarşılaşan yığma rəqibini 3:0 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.


Çempionatın finalında Polşa Latviyanı 3:0 hesabı ilə məğlub edərək EEVZA çempionu olub. Bununla da Polşa yığması 2027-ci ildə keçiriləcək U-16 Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO