
- A-
- A
- A+
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elvira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub.
O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elvira iki il Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan dayısı qızı ilə birlikdə kirayədə yaşayıb.
Bu il dayısı qızı akademiyanı bitirdiyi üçün Elvira da kirayədə yaşadığı mənzildən Azərbaycan Tibb Universitetinin yataqxanasına köçüb.
E.Eyyubovanın bacısı da bu il ali məktəbə qəbul olunub və onunla birlikdə həmin yataqxanada yaşamağa başlayıb.
Noyabrın 14-də axşam saatlarında bacısı mağazadan qayıdarkən Elviranı ölü vəziyyətdə aşkarlayıb.
Elvira Eyyubova dünən doğulduğu Qəbələ rayonunda dəfn edilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































