“İnsanlar indi etdiklərimdən çox keçmişdəkilərlə maraqlanır” – Dambrauskas

“İnsanlar indi etdiklərimdən çox keçmişdəkilərlə maraqlanır” – Dambrauskas

Hazırda oxunan: “İnsanlar indi etdiklərimdən çox keçmişdəkilərlə maraqlanır” – Dambrauskas
645873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında “Vikinq”ə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb:

– Daha əvvəl süni örtüklü meydançada oynamağın problem yaratmadığını bildirmisiniz. “Vikinq”in də stadionu belədir…

– Çempionlar Liqasında süni örtükdə keçirəcəyimiz üçüncü oyun olacaq. Buna qədərik iki matçda qalib gəlmişik. “Vikinq”in bütün oyunlarını izləmişik, nələr etdiyini bilirik. “Bavariya”ya burada çətinlik yaşatmışdılar. FIFA və UEFA-nın qaydaları var və buna əməl edəcəyik. Nəticəni taktiki, texniki detallar həll edəcək. Süni örtük əsas amil olmayacaq.

– Süni örtüklü meydançalar ləğv olunmalıdır?

– Xeyr. Bu suala cavab verəcək səlahiyyətdə deyiləm. Universitetdə belə meydançalar haqqında çox danışılırdı. Bildiyim qədərilə, süni örtüyün zədəyə səbəb olması elmi tərəfdən sübut olunmayıb. Litvadanam və soyuq iqlim şəraitində qapalı meydançalarda çox oyun keçirmişik.

– Sıx qrafik olduğunu düşünsək, futbolçuların fiziki durumu necədir?

– Bu qədər çox oyun keçirəndə müəyyən zədələr olur. Amma hər matça hazır olmağa çalışan futbolçularımız var. Qarşıda milli komandaların oyunlarına görə fasilə olacaq. 28 gündə 8 görüş keçirmiş olacağıq. Əlbəttə, bu, asan deyil. Lakin Çempionlar Liqasında oynamaq hamının arzusudur. Burada olmayan hər kəs yerimizə keçmək istərdi. Ona görə vəziyyətimizdən məmnunam. Oyuna hazır olan 23 futbolçumuzun olduğunu düşünürəm. Yekun qərarı məşqdən sonra verəcəyik.

– “Vikinq”lə matça hazırlıq zamanı əsas nəyə diqqət etdiniz?

– Bir neçə gün əvvəl çətin oyun keçirdik. Əsas məsələ bərpa olunmağımızdır. Liqadakı oyuna altı saat qatarla getmişdik. Sonra Norveçə beş saatlıq səfərimiz oldu. Bərpa üçün vaxtımız az idi. Ən böyük çətinlik futbolçuları tam hazır vəziyyətə gətirməkdir. Rəqibin oyunlarını izləyib, təhlil etmişik. Püşkatmadan sonra “Vikinq”in bütün matçlarına baxmışıq. Necə güclü olduqlarını bilirik. Norveç futbolu inkişafdadır. “Bodo-Qlimt” əvvəlki illərdə turnirdə yaxşı nəticələr göstərib. İndi isə liqada “Vikinq” üstündür. Onlar qorxmadan oynayır, sona qədər mübarizə aparır. Çox klub deyir ki, hücum futbolu oynamaq istəyirik, amma bunu edənlər azdır. Norveç klubları isə bu baxımdan fərqlənir.

– 2000-ci ildə Norveçə səfər etdiyinizi demişdiniz. Nə olmuşdu həmin il?

– İnsanlar indi etdiklərimdən çox keçmişdəkilərlə maraqlanır. Kristiansad şəhərində üç ay yaşamışam. 26 il sonra buraya qayıtmaq xoşdur. Xüsusilə də futbol üçün gəlməyim sevindirir. (Futbolpress.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO