
- A-
- A
- A+
Cəmiyyət
17:50 / 27.05.2023
1 dəq oxunma
Mərkəzi Gömrük Hospitalında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
Hazırda oxunan: Mərkəzi Gömrük Hospitalında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTO
642282
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Mayın 26-da Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin və Azərbaycan Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti Azərbaycan xalqı üçün örnəkdir” mövzusunda yığıncaq keçirilib.
Moderator.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədov çıxış edərək bildirib ki, 1993-cü ildə hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda xalqın çağırışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycan öz müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu.
Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Rövşən Namazov Ulu Öndərin həyat və fəaliyyəti, o cümlədən gömrük sahəsindəki əvəzedilməz xidmətlərindən danışıb.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən
































































































