İRİA

İRİA "myGov"da pensiya kapitalı məlumatlarındakı dəyişikliklərə münasibət bildirib

Hazırda oxunan: İRİA "myGov"da pensiya kapitalı məlumatlarındakı dəyişikliklərə münasibət bildirib
641475
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən "myGov" portalında pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklərlə bağlı məsələyə münasibət bildirilib.

Bizim.Media xəbər verir ki, qurumdan “oxu.az”ın sorğusuna cavab olaraq verilən məlumata görə, "myGov" platformasında vətəndaşlara təqdim olunan məlumatlar aidiyyəti dövlət informasiya sistemlərindən əldə edilərək əks olunur.

Açıqlamada vurğulanıb ki, "Pensiya kalkulyatoru" bölməsindəki məlumatlar real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən alınan məlumatlar əsasında formalaşdırılır.

Agentlikdən bildirilib ki, hazırda pensiya kapitalı məlumatlarında müşahidə olunan dəyişikliklər işəgötürənlər tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlara dair dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi və həmin hesabatların emalı prosesi ilə əlaqədardır.

Qeyd olunub ki, hesabatların emalı mütəmadi olaraq həyata keçirilir və bu müddətdə vətəndaşların şəxsi kabinetlərində əks olunan məlumatlarda dəyişikliklər baş verə bilər:

"Hesabatların emalı başa çatdıqdan sonra şəxsi kabinetlərdə dəqiqləşdirilmiş hesabatlar əsasında yenilənmiş məlumatlar əks olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO