Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq

Hazırda oxunan: Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq
641447
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kollecə yalnız universitetə imtahansız qəbul olmaq məqsədilə üz tutmaq bu təhsil müəssisələrinin əsas funksiyasını arxa plana keçirir.

Bizim.Media xəbər verir ki, bunu “Azedu Podkast”ın efirində təhsil eksperti Elmin Nuri bildirib.

Onun sözlərinə görə, kolleclərə marağın qorunmasında subbakalavrların universitetlərə imtahansız qəbul imkanının mühüm rolu var. Lakin bu imkana arxalanaraq seçim edənlər gələcəkdə gözlədikləri nəticəni əldə etməyə bilərlər.
 

Ekspert bildirib ki, bəzi şəxslər kolleci peşə və ixtisas qazandıqları müəssisə kimi deyil, universitetə keçid yolu kimi görürlər. Bu yanaşma isə kolleclərin əmək bazarı üçün mütəxəssis hazırlamaq vəzifəsini kölgədə qoyur.


Elmin Nurinin fikrincə, kolleclər elə inkişaf etməlidir ki, universitetə qəbul olmaq imkanı olan gənclər də konkret sənətə yiyələnmək üçün könüllü şəkildə bu müəssisələri seçsinlər.

O vurğulayıb ki, əsas məqsəd diplom almaqla məhdudlaşmamalı, məzunun qazandığı bacarıqla əmək bazarında yer tutması olmalıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO