Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

Hazırda oxunan: Yüksək vəzifəyə təyin olunan Səbuhi Əliyev KİMDİR? – DOSYE

641135

Xəbər verdiyimiz kimi, Səbuhi Əliyev Dövlət Statistika Komitəsinin sədr müavini təyin olunub.

Bizim.Media onun dosyesini təqdim edir:

Səbuhi Əliyev 1983-cü ildə anadan olub.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
 

2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb.



2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində fəaliyyət göstərib. 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib.

2019-2024-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb.

2024-cü il 19 avqust tarixindən 13 aprel 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib.

 

14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müşaviri, 24 avqust 2026-cı ildən 07 oktyabr 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.



Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 07 oktyabr tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilib.

Dövlət qulluğunun baş müşaviridir.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO