“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

“Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

Hazırda oxunan: “Mən şəhid olsam, başınızı əyməyin” – Murad Kəlbiyevin yarımçıq qalan HƏYAT HEKAYƏSİ - VİDEO

641023

Qusarın Cibir kəndindən olan Murad Kəlbiyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdandır. O, həyatının ən gözəl çağında gələcəklə bağlı arzularını, qurmaq istədiyi ailə həyatını və şəxsi planlarını geridə qoyaraq Vətənin müdafiəsinə yollanıb.

Qarabağın azadlığı uğrunda döyüşlərə könüllü qatılan Murad Məmmədiyad oğlu Kəlbiyev 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olub.

Ailənin yeganə oğlu, üç bacının bircə qardaşı olan Murad hələ hərbi xidmət illərində hərbidə qalaraq xidmətini davam etdirmək istəyib. Lakin anasının təkidi ilə evə qayıdıb. Bir müddət sonra isə hərbçi olmaq arzusundan vaz keçməyərək yenidən hərbi xidmətə başlayıb.

Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edərkən cəmi bir ay keçmişdi ki, Vətən müharibəsi başlayıb.

Onun haqqında anası Rübabə Kəlbiyeva həm böyük qürur, həm də bitməyən həsrətlə danışır.

Ətraflı videosüjetdə:

Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO