Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

Hazırda oxunan: Neçə qadın pensiya yaşına çatmadan vəfat edib? – STATİSTİKA

640933

Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı mərhələli artım prosesi başa çatıb. Belə ki, 2026-cı il iyulun 1-dən etibarən qadınlar üçün də yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan yaş həddi 65 il müəyyənləşdirilib. Bununla da qadın və kişilər üçün ümumi pensiya yaşı bərabərləşib.

Bəs 2025-ci il ərzində Azərbaycanda neçə qadın 65 yaşına çatmadan vəfat edib

Bizim.Media Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, ötən il ölkədə ümumilikdə 59834 ölüm halı qeydə alınıb.
 

Onlardan 27140-ı qadınlar, 32694-ü isə kişilər olub. Beləliklə, 2025-ci ildə bütün ölüm hallarının təxminən 45 faizi qadınların payına düşüb. Bu rəqəm qadın ölümünün kişilərlə müqayisədə daha aşağı olduğunu göstərir.


Dövlət Statistika Komitəsinin məlumatında ölüm göstəriciləri həm yaşa, həm cinsə, həm də ölüm səbəblərinə görə təqdim olunur. Məlumata görə, qadınların 2503-ü 60-64 yaş, 1439-u isə 55-59 yaş aralığında vəfat ediblər. Yəni ötən il vəfat edən qadınlardan 3942 nəfəri 55-64 yaş aralığında vəfat edənlərdir. Təqaüd yaşına çatmayan hər bir şəxsin ölümü faktiki olaraq say hesab edilsə də, burada əsasən təqaüd yaşına yaxın illər əsas götürülüb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO