Azərbaycan jurnalistlərinin IX qurultayı Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Jurnalistlərin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi məlumat yayıb.
Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi, eyni zamanda, qurultayın keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib.
Bildirilib ki, qərar hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.
Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatalara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin “presscouncil.az” veb-saytındakı “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır.
Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.
Onu da bildiririk ki, qurultay oktyabrın 16-da saat 09.00-da öz işinə başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:16 / 07.10.2026
Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək
Hazırda oxunan: Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək
Hazırda oxunan: Jurnalistlərin IX qurultayı bu tarixdə keçiriləcək
640896
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































