Mehriban Rəhimliyə hökm oxundu

Mehriban Rəhimliyə hökm oxundu

Hazırda oxunan: Mehriban Rəhimliyə hökm oxundu

640892

ABŞ-ın “German Marşal Fondu”nun məsləhətçisi Mehriban Rəhimlinin məhkəmə araşdırması başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda hökm oxunub.
 

M.Rəhimli Baş Prokurorluğun qeyri-hökumət təşkilatları ilə bağlı apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunur.


Məhkəmə Mehriban Rəhimlini verilmiş ittihamlarda təqsirli bilib. Ona həbs deyil, 4 il sınaq müddəti seçilməklə, 7 il 6 ay şərti cəza verilib.

Xatırladaq ki, bundan əvvəl başqa bir neçə tanınmış şəxs də QHT işi çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO