DTX rəisi: “İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq”

DTX rəisi: “İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq”

Hazırda oxunan: DTX rəisi: “İtkin şəxslərin taleyinin aydınlaşdırılması üçün Ermənistanla əməkdaşlığa hazırıq”

640852

“Azərbaycan tərəfi azad edilmiş ərazilərdə aşkarlanan və Ermənistan hərbçilərinə aid olduğu ehtimal edilən qalıqların eyniləşdirilməsi üçün müvafiq DNT nümunələrinin təqdim olunmasını da təklif edib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"da çıxışı zamanı qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda itkin düşmüş şəxslərlə bağlı beynəlxalq KONFRANS keçirilir - FOTO


O bildirib ki, Ermənistanın 2026-cı ilin yanvarında təqdim etdiyi, itkin düşdüyü bildirilən 50 erməniəsilli şəxsin DNT profilləri ilə aşkarlanmış qalıqlar arasında ekspertizalar uyğunluq müəyyən etməyib:

"Hər iki tərəfin itkinlərinin taleyinin aydınlaşdırılması üçün əməkdaşlığa hazırıq. Lakin nəticə əldə etmək üçün dəqiq və tam məlumat lazımdır. Ermənistan itkin düşmüş azərbaycanlıların taleyi, kütləvi və fərdi dəfn yerləri barədə bütün məlumatları təqdim etməli, arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır. Bu, hüquqi öhdəlik və humanitar məsuliyyət olmaqla yanaşı, sülhə sadiqliyin əməli ifadəsi olardı. İnsan talelərinə aid məlumatlar siyasi şərtləndirmə predmeti olmamalıdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO