Xocalıda yeniyetmə qızını nişanlayan ata saxlanılıb.
Bizim.Media xəbər verir ki, 50 yaşlı Ağasəf Rzayev (şərti adla) hüquq-mühafizə orqanlarına müraciətində 16 yaşlı qızının itkin düşdüyünü bildirib.
Sonra izahatı alınarkən o, qızını mart ayında 30 yaşlı bacısı oğlu ilə nişanladığını deyib.
Fakt əsasında onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Ağasəf Rzayevin sözlərinə görə, sonradan bilib ki, qohum olduqları üçün qızı ilə bacısı oğlunun evliliyi mümkün deyil. O, etdiyi əməldən peşman olduğunu və ikinci qrup əlil olmasını deyib. Buna görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə A. Rzayev 1000 manat məbləğində inzibati qaydada cərimələnib. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 06.10.2026
Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı
Hazırda oxunan: Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı
Hazırda oxunan: Xocalıda ata 16 yaşlı qızını 30 yaşlı bacısı oğluna nişanladı
640753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































