Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

Hazırda oxunan: Yağışdan sonra su altında qalan avtomobillər - Zərərini sığorta qarşılayır?

640673

Yağışlı hava sürücülər üçün təkcə yollarda hərəkəti çətinləşdirmir. Güclü yağışdan sonra küçə və yolların su ilə dolması nəticəsində avtomobillərin su altında qalması da tez-tez rast gəlinən problemlərdən birinə çevrilir. Son zamanlar Bakıda yağan yağışlar nəticəsində də belə görüntüləri seyr etmək mümkündür. Toplanan yağış sularında qalan avtomobillərin müəyyən hissələri ciddi zərər görür və avtomobilin mühərrikinin, elektrik sisteminin və digər hissələrinin zədələnməsi ciddi xərc yarada bilər. Belə halda sürücüləri düşündürən əsas sual sığortanın bu zərərləri qarşılayıb-qarşılamaması məsələsidir.

Mövzuya münasibət bildirən Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Emil Ağabağırov Bizim.Media-ya bildirib ki, bu, KASKO sığorta növü üzrə qarşılana bilər.

O qeyd edib ki, icbari sığorta yalnız yol-nəqliyyat hadisəsi və hadisə zamanı qarşı tərəfə dəyən zərəri qarşılayır:

“Bu cür hallar yalnız KASKO sığortası çərçivəsində qarşılanır. KASKO könüllü sığorta növü olduğu üçün təbii hadisələr, o cümlədən leysan yağış, sel və su basması nəticəsində avtomobilə dəyən zərərlərin sığorta təminatına daxil edilməsi mümkündür. Lakin burada sığorta müqaviləsinin şərtlərinə və istisnalara diqqət yetirmək vacibdir.

Bəzi müqavilələrdə bu hallar daha geniş təminat kimi nəzərdə tutula bilər, bəzi hallarda isə müəyyən hadisələr istisna kimi göstərilə bilər. Buna görə də sığorta ödənişi ilə bağlı qərar verilərkən konkret müqavilənin şərtləri əsas götürülür. Ümumilikdə, vətəndaşların KASKO sığortası üzrə belə hallarda təminat almaq imkanı var”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO