Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO

Hazırda oxunan: Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO
640660
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunun Nübar qəsəbəsində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb.

Bildirilib ki, qəsəbə yollarında asfalt örtüyü olmadığı üçün yağışlı havalarda palçıq səbəbindən nə piyada, nə də nəqliyyat vasitəsi ilə küçədən istifadə etmək olur.

Əraziyə taksi və təcili tibbi yardım maşınlarının çağırılması da böyük problem yaradır.

"Taksi sifariş verirsən, yaxud təcili yardım çağırırsan, küçəyə girmirlər ki, palçıqdır. Çünki girəndə çıxmaq olmur. Şəxsi maşınlar da çala-çuxurlara düşməkdən sıradan çıxır. Dəfələrlə bu barədə aidiyyəti qurumlara müraciət etsək də heç bir tədbir görən yoxdur. Ən azından bu yola xırda daşlar da tökmürlər ki, hərəkət mümkün olsun", - deyə şikayətçi bildirib.

Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO - foto 1
Nübar qəsəbəsində sakinlərin yol dərdi – FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO