Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

Hazırda oxunan: Radiatorların qarşısını pərdə ilə tutmaq olmaz – Ustalardan XƏBƏRDARLIQ

640559

Havaların soyuması ilə kombilər yenidən evlərin əsas istilik mənbəyinə çevrilir. Lakin problemsiz və təhlükəsiz isinmək üçün kombini işə salmazdan qabaq baca və havalandırma sistemi də əvvəlcədən yoxlanılmalıdır.

Ustalar bildirirlər ki, kombi yay boyu uzun müddət işləmədiyinə görə, ixtisaslı servis ustası tərəfindən texniki baxış keçirilməsi mütləqdir. Əsasən qaz təzyiqi və qaz bağlantıları, alışdırma və ionizasiya elektrodları, dövriyyə nasosu, klapanlar, temperatur sensorları diqqətlə baxılmalıdır. Sistemdə hava varsa, radiatorların havasını çıxarılmalı, təzyiqi yenidən yoxlanmalıdır.

Xüsusilə diqqət yetirilməlidir ki, bütün radiatorlar eyni dərəcədə qızsın. Yəni radiatorun yuxarısı soyuq, aşağısı isti qalırsa, sistemdə hava ola bilər.

Ustalar həmçinin xəbərdarlıq edir ki, radiatorların qarşısını mebel və pərdə ilə tam bağlamaq olmaz. Ən əsası, kombini özbaşına söküb təmizləmək tövsiyə edilmir.
 

Qeyd edək ki, 2026-cı ildə Azərbaycanda qaz təhlükəsizliyi ilə bağlı qaydalar da yenilənib. Məsələn, yeni tələblərə görə qaz qurğuları ilə yanaşı tüstü bacaları və havalandırma sistemlərinin də müayinəsi nəzərdə tutulur. Bu Qaydaların 18.5-ci maddəsinə əsasən qazpaylayıcı sistem operatoru tərəfindən qaz qurğularında, qaz xətlərində və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində müayinənin keçirilməsi nəzərdə tutulur.


Texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və pozuntuların aşkar olunması məqsədilə qazpaylayıcı sistem operatoru tərəfindən ödənişsiz həyata keçirilir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO