Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Hazırda oxunan: Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

640496

Xəbər verdiyimiz kimi, ANS-in keçmiş əməkdaşı Sevinc Tahirovanın “MTV Azərbaycan”a icraçı direktor təyin olunması barədə məlumat yayılıb.

Bizim.Media xəbər verir ki, o, “qafqazinfo.az”a açıqlamasında sözügedən xəbərə aydınlıq gətirib.

S.Tahirova bildirib ki, sadəcə həmin kanalın tərkibində fəaliyyət göstərən reklam agentliyinə təyinat alıb:

“Əlbəttə ki, MTV-nin öz təsisçisi, rəhbərliyi var. Mənim icraçı direktor olmağım isə reklam agentliyinə aiddir”.

Qeyd edək ki, Sevinc Tahirova müxtəlif illərdə ANS, eyni zamanda Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi kimi çalışıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO