Xəbər verildiyi kimi sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib.
Qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb.
Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra isə kişinin arxa oturacaqda əyləşən qadına qarşı fiziki şiddət göstərdiyi görünür. Ən həssas məqamlardan biri isə həmin an azyaşlı övladının ananın qucağında olmasıdır.
Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı Lumu İsrəfilli Bizim.Media-ya bildirib ki, sözügedən hadisə cari ilin yanvar ayının 31-də Suraxanı rayonu, Binə qəsəbəsində ailə münaqişəsi zəminində baş verib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb, toplanmış materiallar əsasında cinayət işi başlanılıb.
Araşdırmalarla N.Azadlının həyat yoldaşı Ş.Azadlıya fiziki zor tətbiq edərək xəsarət yetirdiyi müəyyən olunub. N.Azadlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tamamlanaraq ittiham aktı ilə məhkəməyə göndərilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:01 / 02.10.2026
Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA
Hazırda oxunan: Maşında həyat yoldaşını döyən rəqqasla bağlı DİN-dən AÇIQLAMA
640002
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































