Noyabrın 1-dən Bakı–Tbilisi marşrutu üzrə gündəlik 4 reys olacaq, biletlər 36 manatdan: ADY

Noyabrın 1-dən Bakı–Tbilisi marşrutu üzrə gündəlik 4 reys olacaq, biletlər 36 manatdan: ADY

Hazırda oxunan: Noyabrın 1-dən Bakı–Tbilisi marşrutu üzrə gündəlik 4 reys olacaq, biletlər 36 manatdan: ADY
639865
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı–Tbilisi–Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

Bizim.Media xəbər verir ki, 1 noyabr 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.

Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir.

Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır.

Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.

Noyabrın 1-dən Bakı–Tbilisi marşrutu üzrə gündəlik 4 reys olacaq, biletlər 36 manatdan: ADY - foto 1
Noyabrın 1-dən Bakı–Tbilisi marşrutu üzrə gündəlik 4 reys olacaq, biletlər 36 manatdan: ADY - foto 2
Noyabrın 1-dən Bakı–Tbilisi marşrutu üzrə gündəlik 4 reys olacaq, biletlər 36 manatdan: ADY - foto 3
Noyabrın 1-dən Bakı–Tbilisi marşrutu üzrə gündəlik 4 reys olacaq, biletlər 36 manatdan: ADY - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO