Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar

Hazırda oxunan: Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar
639858
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının premium ərazilərində mənzillərin maksimal qiymətləri bəzi ünvanlarda kəskin yüksəlib. Paytaxtın ən bahalı ünvanında mənzilin bir kvadratmetrinin qiyməti artıq 19 min manata çatır.

Bizim.Media FED.az-a istinadən xəbər verir ki, paytaxtda ən yüksək qiymət Nəsimi rayonunun Neftçilər prospektində qeydə alınıb.

Burada mənzillərin maksimal qiyməti 19 000 manat/m² təşkil edir.

İkinci ən bahalı ünvan Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsidir – burada maksimal qiymət 15 900 manat/m²-dir. İlk üçlüyü isə 9 200 manat/m² göstərici ilə Niyazi küçəsi və Ağ Şəhərin Yaşıl Ada 1 ərazisi tamamlayır.

Bundan başqa, İzmir küçəsində qiymət 8 650 manat, Qurban Abbasov küçəsində 7 950 manat, Mikayıl Useynov küçəsində isə 7 670 manat/m²-ə çatır.

AQC bildirir ki, daşınmaz əmlak bazarında qiymətləri yalnız rayon üzrə orta göstəricilərlə qiymətləndirmək düzgün deyil. Premium seqmentdə hətta bir-birindən bir neçə yüz metr məsafədə yerləşən obyektlərin qiymətləri ciddi fərqlənə bilər.

Məsələn, siyahıdakı ən yüksək 19 min manat/m² qiymət Bakı üzrə hazırkı median təklif qiymətindən təxminən 7,4 dəfə yüksəkdir; sentyabr 2026 üzrə bazar məlumatlarında Bakı üzrə median 2 582 manat/m² göstərilir.

Bakının yüksək qiymətli əraziləri cədvəldə göstərilib: 

Bakıda mənzillərin kvadratmetri 19 min manat oldu – Ən bahalı ünvanlar - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO