“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

“Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

Hazırda oxunan: “Validator quraşdırılsa da, orta qapıdan minməyə icazə verilmir” – Şikayətlərə AYNA-dan CAVAB

639830

Son günlər "M” marşrut avtobuslarının sürücülərinin orta qapıları açmaması barədə vətəndaşlardan çoxsaylı şikayətlər daxil olur.

Vətəndaşlar bildirirlər ki, orta qapılarda da kart vasitəsilə ödəniş edib avtobusa daxil olmaq mümkün olduğu halda, bəzi sürücülər həmin qapıları açmır və sərnişinlərdən ön qapıdan keçmələrini tələb edirlər. Hətta dünən, 28 May metrostansiyasının çıxışında "M" avtobuslarından birinin sürücüsünün orta qapının açılmasını tələb edən sərnişinlə kobud davrandığı ilə bağlı məlumatlar yayılıb.

Orta qapılardan kart vasitəsilə ödəniş etməklə keçmək mümkündürsə, sürücülər niyə bu qapıları sərnişinlərin istifadəsinə açmırlar?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq AYNA-nın mətbuat xidmətindən bildirilib ki, sərnişinlərin minməsi prosesini sürətləndirmək və gözləmə müddətini azaltmaq məqsədilə ekspres avtobuslara ikinci oxuma cihazı (validatorlar) quraşdırılır.
 

"Bu imkanlar M1 və M2 nömrəli ekspres avtobuslarda yaradılıb. Bununla sərnişinlər eyni anda ön və orta qapıdan salona daxil ola bilərlər".


Qeyd edilib ki, daşıyıcılara səlahiyyətlərində olan avtobus sürücülərinə bu qaydalara riayət etməklə bağlı tapşırıq verilib.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO