Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA

Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA

Hazırda oxunan: Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA
639790
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncə-Daşkəsən regional bölməsi tərəfindən Gəncə şəhəri, Əli Məmmədov küçəsi, ev 1 ünvanında vətəndaş Telman Şükür oğlu Mustafayevə məxsus fərdi yaşayış evində keçirilən yoxlama zamanı qanunsuz fəaliyyət göstərən toyuq emalı sexi aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Obyektdə baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına riayət edilmədən toyuq ətlərinin sümükdən ayrıldığı və dönərxanalara satışının həyata keçirildiyi məlum olub.

Həmçinin donmuş toyuqların açıq havada defrostasiya edildiyi (donun açılması), məhsulların baytarlıq ekspertizasından keçirilmədiyi, etiketləmə və markalanma aparılmadan dönərxanalara paylandığı müəyyən edilib. Daşınma prosesi isə şəxsi nəqliyyat vasitəsi ilə, temperatur rejiminə riayət edilmədən həyata keçirilib.

Ətlərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib, 840 kq donmuş və 22 kq donu açılmış toyuq əti isə saxlanca qoyulub.

Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, obyektin fəaliyyəti dayandırılıb.


Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA - foto 1
Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA - foto 2
Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA - foto 3
Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA - foto 4
Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA - foto 5
Gəncədə qanunsuz toyuq emalı sexi aşkarlanıb: ət dönərxanalara satılırdı – AQTA - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO