Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 29-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində təmir işləri aparılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən Azərbaycan prospekti, Əlövsət Quliyev, İslam Səfərli, Həzi Aslanov, Lev Tolstoy, Mirzə İbrahimov, Süleyman Tağızadə, Təbriz Xəlilbəyli küçələri və Birinci Alatava yaşayış massivinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:52 / 28.09.2026
Bakının bu ərazilərində sabah 3 saat işıq olmayacaq
Hazırda oxunan: Bakının bu ərazilərində sabah 3 saat işıq olmayacaq
Hazırda oxunan: Bakının bu ərazilərində sabah 3 saat işıq olmayacaq
639299
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































