Ağsuda dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırıldı – FOTO/VİDEO

Ağsuda dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırıldı – FOTO/VİDEO

Hazırda oxunan: Ağsuda dağlıq ərazidə başlayan yanğın məhdudlaşdırıldı – FOTO/VİDEO

639292

Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsinə daxil olan Suraxanı kəndi ərazisində başlayan yanğın məhdudlaşdırılıb.

Bizim.Media xəbər verir ki, AZƏRTAC-a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu rayon mühafizə hissəsinin rəis müavini, daxili xidmət mayoru Tural Cavadov bildirib ki, yanğın nəticəsində dağlıq ərazidə quru ot və kol örtüyü yanıb.

Onun sözlərinə görə, sentyabrın 28-də saat 11:00-radələrində nazirliyin 112 qaynar telefon xəttinə Kalva kəndinin dağlıq ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğının Dövlət meşə fondunun ərazisinə və yaxınlıqda yerləşən yaşayış məntəqələrinə keçməsinin qarşısı alınıb. Ərazidəki meşə sahələri və yaxın kəndlər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı, Ağsu və İsmayıllı bölmələrinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının tam söndürülməsi və alovun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO