“Hər gün “Formula 1“ olsun, getdiyim yerə tıxacsız çatıram” – VİDEO

“Hər gün “Formula 1“ olsun, getdiyim yerə tıxacsız çatıram” – VİDEO

Hazırda oxunan: “Hər gün “Formula 1“ olsun, getdiyim yerə tıxacsız çatıram” – VİDEO

638908

Keçmiş aparıcı Yelena Sidorenko Bakıda keçirilən “Formula 1” yarışları ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, aparıcı yarışlar zamanı şəhərdə hərəkətin daha rahat olduğunu bildirib.

O, bu fikirlərinə görə tənqid olunacağını da qeyd edib:

“Tənqid edə bilərsiniz. Hamınız məni tənqid edəcəksiniz. Dostlarım deyir ki, yalnız sən razısan. Mənə görə Formula 1 hər gün olsun. Tam ciddi deyirəm, bütün illərdə belə olub. Yarış başlayan kimi istədiyim nöqtəyə daha rahat, tıxacsız çatıram.

Deyəcəksiniz ki, mümkün deyil, bütün şəhər dayanır. Amma məndə yox. Bilmirəm, ya enerjimdən irəli gəlir... Düşünürəm ki, doğrudan da kimlərsə tənqid edə bilər.

Dövlət Yol Polisi əməkdaşlarına təşəkkür edirəm. Səhər, günorta, gecə, günəşin altında saatlarla yolu tənzimləyirlər. Yolum elə rahatdır ki... Adi günlərdə belə yol gedə bilmirəm. Siz məni tənqid edə bilərsiniz. Yol boşdur, rahat gəlirəm. Pozitiv baxaq, hər şey pozitiv olacaq”. (axşam.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO