Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Hazırda oxunan: Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

638881

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclasında Azərbaycan Jurnalistlərinin IX qurultayının keçirilmə tarixi məlum olub.

Bizim.Media xəbər verir ki, iclasda əvvəlcə 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
 

Şura sədri Rəşad Məcid sonuncu qurultaydan 4 il keçdiyini bildirərək hazırlıq üzrə Təşkilat Komitəsinin formalaşdırıldığını elan edib və toplantıda qurultayın oktyabrın 15-də keçirilməsi barədə yekun qərar verilib.


MŞ-yə üzv təşkilatlar oktyabrın 12-dək nümayəndə və İdarə Heyətinə namizədlərinin adlarını presscouncil.az saytındakı xüsusi bölmə vasitəsilə Təşkilat Komitəsinə təqdim etməlidirlər.

Xəbərdarlıq edilib ki, üzvlük haqqı borcunu ödəyəməyən medianın qurultayda iştirakı məhdudlaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO