Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO

Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO

638234

Naxçıvanda tanınmış atlet dələduzluqda təqsirli bilinərək həbs edilib.

Bizim.Media xəbər verir ki, keçirilən tədbirlərlə bir neçə şəxsə onların övladlarının müxtəlif idman normativlərindən uğurla keçməsinə köməklik göstərə biləcəyini vəd edərək aldadan Əmrah Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vətəndaşları eyni üsulla aldadaraq onlardan ümumilikdə 10 min manata yaxın pul vəsaiti aldığı müəyyən edilib.

Faktla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib .

Qeyd edək ki, Əmrah Nağıyev bır sıra yerli və beynəlxalq yarışlarda Azərbaycanı təmsil edib. (Report.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO