Sosial şəbəkələrdə əxlaq normalarını pozan daha bir tiktoker saxlanılıb.
Bizim.Media xəbər verir ki, 20 yaşlı Fərid Nəsirov (şərti adla) “Ağ şəhər” ərazisində avtomobilində tiktok sosial şəbəkəsinə daxil olaraq, canlı yayım açıb.
Yayım zamanı isə nalayiq ifadələr işlədib. Bununla da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib.
Faktla bağlı F. Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Fərid Nəsirov bildirib ki, canlı yayım açdığı zaman izləyicilərdən biri onu təhqir edib. O da bu təhqirə əsəbiləşərək, nalayiq ifadə işlədib.
O, əməlindən peşman olduğunu və gələcəkdə bir daha belə hallara yol verməyəcəyini bildirib.
Məhkəmə onun barəsində 700 manat inzibati cərimə cəzası təyin edib. (Lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:04 / 22.09.2026
Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI
Hazırda oxunan: Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI
Hazırda oxunan: Canlı yayımda söyüş söyən tiktoker SAXLANILDI
638097
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































