Daha 35 ailəyə doğma yurdda mənzillərin açarları təqdim olundu – FOTO - VİDEO

Daha 35 ailəyə doğma yurdda mənzillərin açarları təqdim olundu – FOTO - VİDEO

Hazırda oxunan: Daha 35 ailəyə doğma yurdda mənzillərin açarları təqdim olundu – FOTO - VİDEO

638059

Sentyabrın 22-də “Böyük Qayıdış” proqramı çərçivəsində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib, bu mərhələdə 136 nəfərdən ibarət 35 ailə doğma torpaqlarına qayıdıb.

Köç çərçivəsində Xankəndi şəhərinə 3 ailə – 13 nəfər, Kərkicahan qəsəbəsinə 5 ailə – 22 nəfər, Xocalı rayonunun Təzəbinə kəndinə 7 ailə – 31 nəfər, Xanyurdu kəndinə 5 ailə – 22 nəfər, Xanabad kəndinə 2 ailə – 10 nəfər, Ballıca kəndinə 1 ailə – 4 nəfər, Ağdərə rayonunun Vəngli kəndinə 4 ailə – 14 nəfər, Çapar kəndinə 4 ailə – 11 nəfər, Aşağı Oratağ kəndinə isə 4 ailə – 9 nəfər köçürülüb.

Köçürülən ailələrə yeni mənzillərinin açarları təqdim olunub.













Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO