Bu ilin fevral ayında yaradılan “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Elçin Məmməd oğlu Hüseynəliyev vəzifəsindən azad edilib.
Bizim.Media xəbər verir ki, sözügedən vəzifəyə Samin Amin oğlu Hüseynov təyin edilib.
Bu barədə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədr vəzifələrini müvəqqəti icra edən Nihad Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Elçin Hüseynəliyev 2005–2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Babək Rayon İcra Hakimiyyətinin başçısı olub.
O, uzun müddət “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin köməkçisi vəzifəsində çalışıb. (Qaynarinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:37 / 22.09.2026
Naxçıvanda yeni təyinat: Keçmiş icra başçısı vəzifəsini itirdi
Hazırda oxunan: Naxçıvanda yeni təyinat: Keçmiş icra başçısı vəzifəsini itirdi
Hazırda oxunan: Naxçıvanda yeni təyinat: Keçmiş icra başçısı vəzifəsini itirdi
638016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































