Rezidenturaya qəbul olunanların nəzərinə: Son gündür

Rezidenturaya qəbul olunanların nəzərinə: Son gündür

Hazırda oxunan: Rezidenturaya qəbul olunanların nəzərinə: Son gündür

638003

Rezidenturaya boş qalan yerlərə qəbul olunanların qeydiyyatı bu gün başa çatır.

Bizim.Media xəbər verir ki, qeydiyyat yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.

Qeydiyyat prosesi 15 sentyabr saat 15:00-dan başlayıb 22 sentyabr saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, rezidenturanın boş qalan 181 plan yerlərinə qəbul üzrə 19 namizəd müsabiqədə iştirak edib. Onlardan 12 nəfər rezidenturaya qəbul olunub.

Xatırladaq ki, rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaq.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO