Cəlilabad rayonunda Zəvvar ovçuluq təsərrüfatının ərazisində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində təsərrüfatın ərazisində olan quru ot örtüyü alovlanıb.
Ərazidən keçən su kanallarında suyun olmaması səbəbindən torpaq sahələrinin də quruduğu bildirilir.
Quru hava şəraiti və geniş sahədəki quru ot örtüyü alovun ətrafa yayılmasına səbəb olub. Yanğının əhatə dairəsinin genişləndiyi qeyd edilir.
Əraziyə yanğınsöndürən texnikalar və əlavə canlı qüvvə göndərilib.
Hazırda alovun qarşısının alınması və yanğının tam söndürülməsi üçün işlər görülür.


Sabutay, Bizim.Media, Cənub bürosu





































































































