TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA

Hazırda oxunan: TƏCİLİ:Azərbaycanda ilin sonuna qədər 4 günlük iş həftəsinə keçiləcək? – AÇIQLAMA
637875
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın bir sıra ölkələrində iş və şəxsi həyat balansının yaxşılaşdırılması, əmək məhsuldarlığının artırılması məqsədilə 4 günlük iş həftəsi modeli müzakirə olunur. Azərbaycanda da zaman-zaman bu məsələnin tətbiqi ilə bağlı təkliflər səsləndirilir.

Bəs ölkədə 4 günlük iş həftəsinə keçidlə bağlı real addımlar atılırmı və bu modelin ilin sonunadək tətbiqi mümkündürmü?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli konkret.az-a açıqlama verib. O bildirib ki, hazırda 4 günlük iş həftəsinə keçidlə bağlı qanunvericilikdə konkret təklif yoxdur.

“Bununla bağlı qanunvericilikdə təklif belə yoxdur, ancaq müzakirələr var. 4 günlük iş rejiminə keçmək üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Bununla bağlı təkliflər hələ qanun layihəsi formasında olmayıb”.

İqtisadçı hesab edir ki, mövcud vəziyyətdə 4 günlük iş həftəsinin tətbiqinə dair konkret hüquqi mexanizmin hazırlanması və qanunvericilikdə dəyişikliklərin edilməsi zəruridir.

Natiq Cəfərli ilin sonunadək Azərbaycanda 4 günlük iş rejiminə keçidin baş tutacağını gözləmir:

“Düşünmürəm ki, ilin sonuna qədər Azərbaycanda 4 günlük iş rejimi tətbiq olunsun. Çünki bunun üçün ilk növbədə qanunvericilikdə müvafiq dəyişikliklər edilməli, iş rejiminin hüquqi əsasları müəyyənləşdirilməlidir. Hazırda isə bu istiqamətdə konkret qanun layihəsi və ya rəsmi dəyişiklik təklifi yoxdur. Ona görə də yaxın müddətdə belə bir keçidin reallaşacağını gözləmirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO