Orxan Nəzərli iki rəis təyin etdi - FOTO

Orxan Nəzərli iki rəis təyin etdi - FOTO

Hazırda oxunan: Orxan Nəzərli iki rəis təyin etdi - FOTO

637249

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə rəis təyin edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı DVX rəisi Orxan Nəzərli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Səfərəliyev Baş idarənin rəisi vəzifəsinə təsdiqlənib.

O, bundan əvvəl Baş İdarənin rəis müavini vəzifəsində çalışıb və ötən ilin noyabrından rəis vəzifəsini müvəqqəti icra edib.

Bundan əlavə, müvafiq əmrlə Elçin Allahverdiyev isə İqtisadi təhlil idarəsinin rəisi vəzifəsinə təsdiqlənib. O, bundan əvvəl həmin idarənin rəis müavini olub və rəis vəzifəsini müvəqqəti icra edib. (İqtisadiyyat.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO