Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlarda rekord sayda sərnişin səfəri qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.
“Belə ki, sentyabrın 15-də Bakı–Xırdalan–Bakı və Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutları üzrə 52 minə yaxın sərnişin mənzil başına çatdırılıb. Ötən ilin eyni günündə bu marşrutlar üzrə 42 mindən çox sərnişin daşınıb. Beləliklə, sərnişin sayı ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 23,3 faiz artıb. Yeni hərəkət cədvəlinə əsasən, sentyabrın 15-dən reyslərin sayı 90-dan 96-ya artırılıb”, - deyə məlumatda qeyd olunub.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:38 / 16.09.2026
ADY-də Bilik Günü rekordu – FOTO
Hazırda oxunan: ADY-də Bilik Günü rekordu – FOTO
Hazırda oxunan: ADY-də Bilik Günü rekordu – FOTO
636969
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































