Dələduzluğa cəhddə təqsirləndirilən Nahid Şəmşirovun barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub. Nahid Şəmşirova 6 il müddətinə azadlıqdan məhrumetmə təyin olunub, lakin onun cəzası 2 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Xatırladaq ki, prokuror Nahid Şəmşirovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Nahid Şəmşirov Cinayət Məcəlləsinin 29, 178.2.1; 29, 178.2.2; 29,178.2.4; 178.3.2, 310-cu maddələri ilə təqsirli bilinib.
Qeyd edək ki, Nahid Şəmşirov keçmiş deputat, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, hazırda isə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini postunu tutan Cavid Qurbanovun əmisioğludur. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:50 / 16.09.2026
Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ
Hazırda oxunan: Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ
Hazırda oxunan: Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ
636944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































