Orta məktəb dərsliklərindən vurğu çıxarılıb. Əvvəllər 5-ci sinif Azərbaycan dili dərsliklərində vurğuya geniş yer verilirdi.
Bir neçə ildir ki, vurğu dərslikdən çıxarılıb. Dərslikdə sadəcə bir sətir tərifi verilir, proqramda isə mövzuya geniş yer verilmir. Bu il isə buraxılış imtahanlarında və 3-cü qrup qəbul imtahanında vurğu ilə bağlı suallar düşüb.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli bildirib ki, vurğunun orta məktəb dərsliklərindən çıxarılması olduqca səhv yanaşmadır.
Onun sözlərinə görə, vurğunu bilmədən Azərbaycan dilində düzgün danışmaq mümkün deyil:
"Çox pis. Vurğu dərslikdən niyə çıxarılmalıdır? Vurğu dilin qızıl qaydalarından, atributlarından biridir. Bizim milli dilimizin vurğuları məlumdur - sözün sonuna düşür. Ancaq elə şəkilçi var ki, ora vurğu düşmür. Vurğunu keçmədən necə olacaq? Belə çıxır ki, hər dəfə deyəcək vurğu sözün son hecasına düşür? Sal da ismin hallarının üstünə, görüm necə salırsan? Əcnəbi sözlərdə vurğunun yerinin dəyişməsi başqa mövzudur, bizim dildə bunun omonimlik yaratması tamam başqa mövzudur. Hamısı vurğuyla bağlıdır. Çıxardın, görək sonra neynəyəcəksiniz? Bu, dilə sataşmaqdır", - deyə Nadir Məmmədli bildirib.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:40 / 16.09.2026
Professordan dərsliklərdən vurğunun çıxarılmasına sərt REAKSİYA - “Bu, dilə sataşmaqdır”
Hazırda oxunan: Professordan dərsliklərdən vurğunun çıxarılmasına sərt REAKSİYA - “Bu, dilə sataşmaqdır”
Hazırda oxunan: Professordan dərsliklərdən vurğunun çıxarılmasına sərt REAKSİYA - “Bu, dilə sataşmaqdır”
636767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































