Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

Hazırda oxunan: Təzyiqi aşağı salan 5 əsas qida - Açıqlandı

636660

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır.

Bizim.Media xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib.

Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:

“Üzüm, qaragilə, qırmızı soğan, böyürtkən və qırmızı kələm”.

E.Derbişirin sözlərinə görə, bu qidaların tərkibində damar funksiyasına, xolesterin səviyyəsinə və qan təzyiqinə müsbət təsir edən antosianlar var.

Dietoloq qeyd edib ki, qırmızı soğanda antosianlarla yanaşı, təzyiqi salmağa kömək edən kversetin maddəsi də mövcuddur. Qırmızı kələmin tərkibində isə bu birləşmələrin onlarla növü cəmlənib.

Bununla belə, ekspert vurğulayıb ki, bu qidaların heç biri hipertoniyanın tam qarşısını ala və ya həkim müalicəsini əvəz edə bilməz. (qafqazinfo.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO