Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

Hazırda oxunan: Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO

636410

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir.

Bizim.Media xəbər verir ki, onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur.

Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzərə alaraq, üç uşaqlı ailələrin də çoxuşaqlı ailə hesab edilməsini təklif edib.

Baku TV məsələ ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Millətin sabitliyi üçün ailədə ən azı üç uşaq olmalıdır. İki uşaq bunu təmin etmir", - sakinlərdən biri deyib.

"Olmalıdır, məncə. Vaxtilə olub. Mənim anam da, qayınanam da üç uşağa görə pensiyaya çıxıblar", - başqa bir sakin bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO