Diplomatik korpus Şuşada qala divarlarını ziyarət etdi - FOTO

Diplomatik korpus Şuşada qala divarlarını ziyarət etdi - FOTO

Hazırda oxunan: Diplomatik korpus Şuşada qala divarlarını ziyarət etdi - FOTO

636133

Qarabağ və Şərqi Zəngəzurda səfərdə olan diplomatik korpus nümayəndələri Şuşada qala divarlarını ziyarət ediblər.

Bizim.Media bu barədə “Report.az”a istinadla xəbər verir. 

Diplomatlar qalanın tarixi, onun memarlıq xüsusiyyətləri, eləcə də Şuşa şəhərinin tarixindəki əhəmiyyəti barədə məlumatlandırılıblar.

Səfər çərçivəsində iştirakçılar həmçinin şəhərin tarixi qala divarlarının yanında xatirə fotoşəkli çəkdiriblər.

Qeyd edək ki, Şuşa qalası 1750–1752-ci illərdə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən inşa edilib. Qalanın üç əsas girişi olub - Gəncə, İrəvan və Ağoğlan qapıları. Onların adları tarixi mənbələrdə dəfələrlə qeyd olunub və XIX əsrdə hazırlanmış Şuşanın Baş planlarında göstərilib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO