“Dağ boyda oğul itirmişəm” - Ucal Bayramovun atası

“Dağ boyda oğul itirmişəm” - Ucal Bayramovun atası

Hazırda oxunan: “Dağ boyda oğul itirmişəm” - Ucal Bayramovun atası

635961

“Mən dağ boyda oğul itirmişəm”.

Bizim.Media xəbər verir ki, bunu “ölkə.az”a qısa açıqlamasında Şəkidəki “Şəki yaylası” istirahət mərkəzində baş verən “zipline” qəzasında faciəvi şəkildə vəfat edən Ucal Bayramovun atası, Azərbaycan Universitetinin müəllimi Asif Bayramov deyib.

Danışmaqda çətinlik çəkən dərdli ata hadisə ilə bağlı müxtəlif fikirlərin səsləndirilməsinə belə münasibət bildirib:

“Qoy kim nə istəyir yazsın. Onların heç biri mənə maraqlı deyil. Maraqlı da olmayacaq”.
Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu ölüb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO