Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

Hazırda oxunan: Elxan Mütəllimova DOST Agentliyində yüksək vəzifə verildi

633032

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST Agentliyində yeni təyinat olub.

Bizim.Media xəbər verir ki, bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov əmr imzalayıb.

Əmrə əsasən Elxan Elman oğlu Mütəllimov Agentliyin Satınalmalar və təminat departamentinin müdiri vəzifəsinə təyin edilib.
 

E. Mütəllimov Azərbaycan Memarlıq və İnşaat Universitetində "Menecment" ixtisası üzrə bakalavr, Azərbaycan Kooperasiya Universitetində isə "Maliyyə bazarları" ixtisası üzrə magistr təhsili alıb.


O, əmək fəaliyyətinə 2015-ci ildə bank sektorunda başlayıb. E. Mütəllimov 2018–2022-ci illərdə özəl sektorda, 2022–2023-cü illərdə DOST Agentliyində, 2023–2026-cı illərdə isə Sosial Xidmətlər Agentliyində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO